”100 İlin Zirvəsində” müsabiqəsi - VİDEO

”100 İlin Zirvəsində” müsabiqəsi - VİDEO
Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, universitetin məzunları üçün "BDU Xatirələrdə" və "KİV nümayəndələri arasında elan etdiyi "100 ilin zirvəsində" adlı müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Ali təhsil ocağının rektoru Elçin Babayev 100 yaşlı universitetin tarixinə nəzər salaraq, onun keçdiyi tarixi yolunun zənginliyindən danışdı.

Rektor həmçinin də qeyd etdi ki, müsabiqəyə təqdim edilmiş yazılar və xatirələr Münsiflər Heyəti tərəfindən qiymətləndirilib.

Daha sonra isə qaliblər elan edildi. "100 İlin Zirvəsində" adlı müsabiqədə 1-ci yerə "Bu universitet bir palıd ağacına oxşar ki..." sərlöhvəli yazısı ilə Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov layiq görüldü.

2-ci yerə layiq görülənlər, REAL TV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızı "Mənim universitet xatirələrim" və Lent.az saytının xüsusi müxbiri Səbuhi Məmmədli "Güllələnən 4 rəhbər, Uruqvaydan məktub, Moskvaya qəfil teleqram" adlı yazılarına görə mükafatlandırıldılar.

Yer tutan məzunlara pul mükafatı və universitetin xüsusi diplomu təqdim edildi.

Qeyd edək ki, qaliblərin yazıları "Bakı Universiteti" qəzetinin BDU-100 xüsusi buraxılışında dərc olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə