Sərmayələr 15 mlrd. dolları ötdü - VİDEO

Sərmayələr 15 mlrd. dolları ötdü - VİDEO
SOCAR Türkiyə bu rəqəmin 19,5 mlrd. dollara yüksələcəyini proqnozlaşdırır

SOCAR-ın Türkiyədəki ümumi investisiya yatırımı həcmi 15 milyard dolları ötüb. Şirkət davamlı layihələrlə bu rəqəmi 19,5 milyard dollara yüksəltməyi proqnozlaşdırır.

Bu barədə Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində Azərbaycan KİV-nə SOCAR Türkiyənin rəsmiləri məlumat verib.

Artıq şirkətin inteqrasiya formasında idarə edildiyini diqqətə çatdıran SOCAR Türkiyənin Emal və neftkimya sahəsi üzrə baş direktoru Anar Məmmədov son üç ildə Petkimdə istehsalın rekord səviyyəyə çatdığını bildirib:

SOCAR rəsmisi Petkimin satış miqdarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 1,8 milyon tona çatdığnı diqqətə çatdırıb/

Petkimin uğurlarında SOCAR Türkiyə tərəfindən 2018-ci ilin oktyabr ayında istismara verilən STAR zavodunun rolu böyükdür.

Belə ki, Petkim artıq əsas xammal olan naftanı məhz STAR-dan əldə edir:

SOCAR Türkiyə İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymağı planlaşdırır. strateji əhəmiyyət daşıyacaq bu obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu idxalına tamamilə son qoyulacaq.

1,8 milyard dollar sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinin 2020-ci ildə başlayacağı planlaşdırılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə