Aramızda əngəl yox! - VİDEO

Aramızda əngəl yox! - VİDEO
3 dekabr Beynəlxalq Əlillər Günüdür

Dünya əhalisinin sayı 7 milyarddan çoxdur ki, bunun təxminən 1 milyardı əlilliyi olan insanlardır. Bu rəqəm insanların 15 faizi deməkdir.Əlillik anadangəlmə, yaxud sonradan xəstəlik və ya hadisə nəticəsində yaranmış fiziki və ya əqli çatışmazlıqdır. Birləşmiş Millətlər Təşkilatı əlilləri “dünyanın yadlaşdırılmış adamları” arasında yer aldığını qeyd etsə də müasir dövrümüzdə bu fikir cəmiyyətdən tədricən uzaqlaşmağa başlayıb. Ən azından Azərbaycan reallığında. Ölkədə fiziki məhdudiyyətli insanların sayı 620 mindən çoxdur. Həssas qrupa həssas münasibət də sosial siyasətin prioritet istiqamətidir. Respublika Əlillərin Bərpa Mərkəzi də əlilliyi olan şəxslərə kompleks tibbi-sosial və peşə reabilitasiyasının aparılması üçün nəzərdə tutulan müəssisədir.

Əlilliyi olan şəxslərin Mərkəzə qəbulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nazirliyin Tibbi-Sosial Ekspert Komissiyalarının, müalicə-profilaktika müəssisələrinin göndərişlərinə əsasən həyata keçirilir. Mərkəzdə 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilir. 39 yaşlı Elman Əhmədov da mərkəzdə müalicə alır. Əlil arabası ilə 7 ildir yoldaşlıq edir. Ani diqqətsizliyi onun ayağını yerdən üzüb.

Sağlamlığını burada bərpa etmək istəyənlər sırasında Qarabağ müharibəsi əlilləri də üstünlük təşkil edir.

Keçmiş döyüşçü hər bir çətinlikdə əzmin qalib gələcəyinə inananlardandır. Belə olmasaydı işinə bu qədər həvəs göstərməz, cəmiyyətin bir parçasına çevrilməyi bacara biləcəyinə əmin olmazdı. Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası olduqca vacib məqamdır. Onları öz sıralarımızda görmək, çiyin-çiyinə çalışmaq da bizi yalnız sevindirməlidir.Çünki əlilllər normal insanlarla eyni iş yerlərində işləmək hüququna malikdirlər.

Dekabrın 3-ü Beynəlxalq Əlillər gününü BMT Baş Məclisi 1992-ci ildə təsis edib. Bu günün diqtəsi əlillərin hüquqlarını qorumaqdır. Onlar üçün vacib olan həm də ürəklərinin qorunmasıdır. Çünki heç birimiz qəzavü qədərdən sığortalı deyilik.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə