Şəhid haqqı - VİDEO

Şəhid haqqı - VİDEO
Vərəsələrin ödəmə ilə təminatı 96.1 faiz icra olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 43 şəhidin 57 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

Nazirlikdən verilən məlumata görə, birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək və bu barədə onlara rəsmi bildiriş göndəriləcək.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib.

Onlardan artıq 11 791 şəhidin 17 558 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 96,1 faiz icra olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə