Şimali Koreyadan ABŞ-a xəbərdarlıq - VİDEO

Şimali Koreyadan ABŞ-a xəbərdarlıq - VİDEO
KXDR:"Nüvə danışıqlarının məsuliyyəti Vaşinqtonun üzərindədir"

Koreya Xalq Demokratik Respublikası ilin sonunadək nüvə danışıqları ilə bağlı yeni təkliflər irəli sürmək üçün ABŞ-a verdiyi vaxtın sona yaxınlaşması ilə əlaqədar rəsmi Vaşinqtona xəbərdarlıq edib.

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi xəbər verir ki, belə bəyanatla xarici işlər nazirinin müavini, Amerika Birləşmiş Ştatları ilə danışıqlara məsul olan Ri Te Sonq çıxış edib. Şimali Koreya rəsmisi Birləşmiş Ştatlar üçün qoyulan zamanın sona yaxınlaşdığını, amma rəsmi Vaşinqtonun vaxt udmağa çalışdığını bildirib. Bəyantada Amerika Birləşmiş Ştatlarının dialoq söhbətinin əslində Koreya Xalq Demokratik Respublikasını danışıqlardan asılı salmaq, habelə dialoq məsələsindən siyasi vəziyyət və Birləşmiş Ştatlardakı seçkilər naminə istifadə etmək üçün hiylədən başqa bir şey olmadığı vurğulanıb.

Şimali Koreya rəsmisi nüvə məsələsi il əlaqədar ölkəsinin əlindən gələni açıq formada etdiyini bildirib, bundan sonra nə edəcələrini gizlətməyə ehtiyac duymadıqlarını deyib.

Nazir müavini Şimali Koreyanın öz təşəbbüsü ilə atdığı vacib addımlardan geri çəkilməmək üçün mümkün olan hər şeyi maksimum əzmlə etdiyini deyib. O, nüvə danışıqlarının taleyinin Amerika Birləşmiş Ştatlarının qəbul edəcəyi qərardan asılı olacağını bildirib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları ilə Şimali Koreya arasında Koreya yarımadasının nüvə silahsızlaşdırılması ilə bağlı iki ölkənin lideri Donald Tramp və Kim Çen Inın ötən ilin yayında Sinqapurda keçirilmiş görüşü ilə başlayan intensiv dialoqda bir neçə dəfə fasilə yaranmışdı. Cari ilin oktyabrında İsveçdə tərəflər arasında işçi səviyyədə keçirilmiş danışıqlar nəticəsiz başa çatandan sonra KXDR tərəfi ABŞ-ın yeni təkliflər irəli sürməyəcəyi təqdirdə, danışıqların davamımın mümkün olmadığını bəyan etmişdi.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə