Sosial rifaha yönələn sərəncam - VİDEO

Sosial rifaha yönələn sərəncam - VİDEO
Prezidentin sərəncamı ilə ƏƏSMN-ə 20 019 100 manat ayrıldı

Ölkə başçısının imzaladığı sərəncam əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış iyirmi milyon on doqquz min yüz manat bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri və avadanlıqla təchizatı üçün xərclənəcək.

Bu barədə REAL-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət tibbi sosial ekpertiza və reabilitasiya xidmətinin rəsi Cavid Əbdulqədirov məlumat verdi.

Xidmət rəisinin sözlərinə görə sərəncamda nəzərdə tutulduğu kimi əsas məqsəd bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsinə nail olmaqdır.

Cavid Abdulqədirovun sözlərinə görə əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin cəmiyyətə fəal inteqrasiyası istiqamətində ciddi layihələr həyata keçirilir. Ən mühüm addımlardan biri bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmalarıdır.

Qeyd edək ki, ölkə başçısı əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin rifahının yüksəldilməsi istiqamətində daha bir sərəncam imzalayaıb.

Sərəncamla dövlət büdcəsindən iyirmi milyon on doqquz min yüz manat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə