E.Məmmədyarov-S.Lavrov görüşü - VİDEO

E.Məmmədyarov-S.Lavrov görüşü - VİDEO
Nazirlər arasında qapalı görüş keçirilib

Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov arasında görüş keçirilib.

Nazirlər Azərbaycan və Rusiya arasındakı əlaqələrin hazırkı vəziyyətini və gələcə inkişaf perspektivlərini müzakirə ediblər.

E.Məmmədyarov və S.Lavrov həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də nəzərdən keçiriblər.

Görüşdən sonra mətbuat konfransı keçirilib və jurnalistlərin sualları cavablandırılıb.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki,Rəsmi Bakı və Moskva arasında böyük və ciddi hüquqi baza var, ikitərəfli münasibətlər strateji əhəmiyyətə malikdir.

Elmar Məmmədyarov həmçinin Rusiyalı həmkarl ilə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etdiklərini qeyd etdi.

Daha sonra çıxış edən Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya etdiyi səfərin səmərəli olduğunu vurğuladı.

S.Lavrov həmçinin rəsmi Moskvanın Azərbaycan və Ermənistan XİN başçılarının Bratislavadakı görüşündən nəticə gözlədiyini bildirib.

Rusiyalı nazir həmçinin Azərbaycanda rus dilinin inkişafı və tədrisindən da danışdı.

Sergey Lavrob qeyd etdiki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müsbətdir, o bildirdi ki, bu sahə strateji əməkdaşlığın bir hissəsidir.

Qeyd edək ki, Rusiya XİN başçısı S.Lavrov dekabrın 2-də Azərbayana rəsmi səfərə gəlib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə