Obyektlərin təhlükəsizliyi (VİDEO)

Obyektlərin təhlükəsizliyi (VİDEO)
Mülkiyyətçilər təhlükəsizlik məsələsinə biganə yanaşır

Bakıda şirniyyat dükanına basqın edilib. Hadisə ötən gün Paytaxtın Nəsimi rayonu Cavadxan 70 ünvanında baş verib. Bıçaqla silahlanmış naməlum şəxs həmin ünvanda yerləşən şirniyyat dükanına daxil olaraq satıcını öldürməklə hədələyərək ondan kassadakı pulları tələb edib. Nəticədə həmin şəxs ordan 950 manat pul və bir bahalı içki götürərək uzaqlaşıb. Bu hadisə müxtəlif iaşə obyektlərində təhlükəsizlik məsələsini bir daha gündəmə gətirir. Bildiyimiz kimi ölkəmizin hava limanları, dəmiryol nəqliyyatı, Bakı Metropoliteni və digər strateji dövlət obyektlərində mühafizə xidmətləri gücləndirilmiş iş rejimində çalışır. Strateji obyektlərlə yanaşı, ölkədə, xüsusən də paytaxt Bakıda bütün ticarət və iaşə obyektlərində, insanların sıxlıq təşkil etdiyi yerlərdə mühafizənin gücləndirilməsi vacibdir.

Bu gün paytaxtımızda əhali sıxlığının müşahidə olunduğu onlarla iaşə obyektləri mövcuddur. Zaman zaman onların təhlükəsizlik məsələləri gündəmə gəlib.

Polisə dəstək ictimai birliyinin sədri Şəmsəddin Əliyev bildirir ki, mülkiyyətçilər təhlükəsizlik məsələlələrinə biganə yanaşırlar.

Şəmsəddin Əliyev bildirir ki, Baş Mühafizə İdarəsi ilə müqavilənin bağlanması mülkiyyətçilərinin özlərinə xeyirdi, çünki bu müqavilə bağlanılmadığı təqdirdə kriminal hadisələrə meylli olan ünsürlər də bundan istifadə edirlər.

Şəmsəddin Əliyevin sözlərinə görə hər hansı bir obyektin qorunması həmin obyektin texniki xarakteristikasından başqa onun içərisində olan avadanlıq və satılan məhsulun qiyməti ilə də əlaqəlidir.



Qeyd edək ki, mülkiyyətçilərin əmlakının mühafizəsi və təhlükəsizlik işini təşkil edən Baş Mühafizə İdarəsi müqavilə əsasında, mühafizə xidmətlərinə görə müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan müstəqil struktur hissədir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə