Prezidentə müraciətdən sonra ilk iclas (VİDEO)

Prezidentə müraciətdən sonra ilk iclas (VİDEO)
Parlament buraxılmazdan əvvəl “Tibbi sığorta haqqında” qanunu qəbul etdi

Milli Məclis parlamentin buraxılması ilə bağlı ölkə başçısına müraciətdən sonra ilk iclasını keçirib.

İclasda “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik barədə Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Dəyişikliklər qəbul edildi və qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

“Tibbi sığorta haqqında” qanunda "İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilir. Beləliklər, qanunun qəbulundan sonra adı çəkilən qanunlar ləğv edildi.

Milli Məclis iclasında "Diaspor fəaliyyətində xidmətə görə" yeni medalın təsis edilməsinə də səs verdi. O da məlum oldu ki, parlamentin yeni formalaşacaq heyəti “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsini də qəbul edəcək.

Daha bir neçə sənədin qəbulu ilə Milli Məclis iclasını yekunlaşdırdı. İndi hamı Konstitusiya Məhkəməsinin sabahkı plenum iclasını gözləyir. Çünki Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq. Hazırkı çağırışda təmsil olunan bəzi millət vəkilləri isə bundan sonra nə ilə məşğul olacaqlarını REAL-a açıqlayıblar.

Xatirladaq ki, Milli Məclis deputatların səs çoxluğu ilə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib. Qərarla Azərbaycan Respublikasının Prezidentindən Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə