Sergey Lavrov: ”Dağlıq Qarabağ məsələsində çətin olsa da, kompromis üçün imkanlar var”

Sergey Lavrov: ”Dağlıq Qarabağ məsələsində çətin olsa da, kompromis üçün imkanlar var”

“Görüşdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsi apardıq, münaqişənin həlli istiqamətində növbəti addımları müzakirə etdik. Biz başa düşürük ki, çətin olsa da, kompromis üçün imkanlar var”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

S. Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet respublikaları ərazisində ən uzunmüddətli münaqişələrdən biridir: “Ermənistan və Azərbaycan arasında jurnalistlərin qarşılıqlı səfərlərini vacib hesab edirik. Təşəkkür edirik ki, tərəflər Minsk qrupunun həmsədri kimi və ikitərəfli əlaqələrdə bizim verdiyimiz təklifləri nəzərə alırlar”.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə