Gələn il Beynəlxalq Reklam Assosiasiyasının 45-ci Dünya Konqresi keçiriləcək

Gələn il Beynəlxalq Reklam Assosiasiyasının 45-ci Dünya Konqresi keçiriləcək

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) İdarə Heyətinin sədri Aydın İbadovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada keçirilən Milli Reklam Forumunda iştirak edib.

ADRA-dan “Report”a verilən məlumata görə, “Rusiyanın Kommunikasiyalar Agentlikləri Assosiasiyasının (AKAR) təşkil etdiyi sayca 4-cü Forum reklam sektoru üzrə Rusiyanın ən böyük platforması kimi aparıcı reklam agentliklərinin, ictimai təşkilatların, marketinq, araşdırma və media şirkətlərinin rəhbərləri də daxil olmaqla 2700 peşəkarı özündə birləşdirib.

Forum çərçivəsində A.İbadov Rusiyanın Kommunikasiyalar Agentlikləri Assosiasiyasının (AKAR) prezidenti S.Piskaryov ilə görüşərək, qurumun fəaliyyəti haqqında geniş məlumatlar əldə edib. Açıq və qapalı məkanlar (Out-of-Home), tranzit, internet, televiziya, radio, çap məhsullarında reklam yayımlayan, kreativ, promo və araşdırma xidmətləri göstərən şirkətləri 25 ildir özündə birləşdirən AKAR modelinin ölkəmizdə də çoxşaxəli reklam bazarı oyunçularının peşəkar birliyinin yaradılması istiqamətində faydalı ola biləcəyi bildirilib.

Səfər çərçivəsində A.İbadov Moskva meriyasının Reklam departamenti rəhbərinin müavini E.Korolyov və departmanet əməkdaşları ilə də görüşüb. Görüşdə açıq məkanda reklam qurğularının yerləşdirilməsi və istismarı ilə bağlı Moskva şəhərində son illər aparılan işlər barədə məlumat verilib, bu istiqamətdə tətbiq olunan yeni hüquqi-texniki tələblər barədə fikir mübadiləsi aparılıb. Hazırda Moskvanın açıq məkandakı reklam infrastrukturunun bütövlükdə açıq hərraclarda qalib olmuş reklam operatorları tərəfindən idarə olunduğu bildirilib.

A.İbadov həmçinin Rusiyanın Federal Antiinhisar Xidməti rəhbərinin müavini A.Kaşevarov ilə görüşüb. Bildirilib ki, qurum hər il reklam məzmunu ilə bağlı daxil olan minlərlə şikayətə baxır və bu təcrübənin öyrənilməsi tənzimləyici orqan olaraq ADRA üçün də faydalı ola bilər. Qurumun həmçinin MDB-yə üzv dövlətlərin Reklam Şurasının işini də əlaqələndirdiyindən görüşdə ADRA üçün çoxtərəfli beynəlxalq əməkdaşlığın və bu baxımdan gələn ilin may ayında Sankt Peterburq şəhərində təşkil olanacaq Beynəlxalq Reklam Assosiasiyasının 45-ci Dünya Konqresində iştirakın vacibliyi vurğulanıb. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə