Prezident seçkisinə hazırlıq başlandı

Prezident seçkisinə hazırlıq başlandı
Seçici siyahıları dəqiqləşdirilir.

"Azərbaycanda keçiriləcək prezident seçkisi ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilir". Bu açıqlamanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov edib. O, deyib ki, əvvəlki illərdə olduğu kimi seçkilərə hazırlıq yanvarın əvvəlindən başlayıb: "Seçici siyahılarının məntəqələr səviyyəsində dəqiqləşdirilməsi  prosesi fevralın 5-nə qədər başa çatacaq. Sonra məntəqələrdə yığılan məlumatlar dairələrə çatdırılacaq və  may ayının sonunadək işlərə yekun vurulacaq".

 Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur. 

Afət Telmanqızı
 

Digər xəbərlər
Bu gün
Dünən