Q.Qurbanov ikitərəfli görüşlər keçirib - VİDEO

Q.Qurbanov ikitərəfli görüşlər keçirib - VİDEO
Dəniz sahəsində görülən işlər barədə məlumat verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti baş qərargahı London şəhərində yerləşən BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 31 – ci sessiyasında iştirak edib.

Sessiyada Assambleyanın prezidenti və vitse – prezidentləri vəzifələrinə seçkilər keçirilib. Sessiyada Şuranın hesabatı ilə yanaşı komitələrin də hesabatları müzakirə olunub, Assambleyanın prosedur qaydalarına təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib.

Dünyada dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təmin edilməsinin Beynəlxalq Dəniz Təşkilatının əsas missiyası olduğunu vurğulayan təşkilatın (video: 00:33 – Tribunada çıxış edən) Baş Katibi Kitak Lim Beynəlxalq Dəniz Təşkilatı tərəfindən bu istiqamətdə görülən işlər, eləcə də əldə olunan nailiyyətlər barədə geniş məruzə edib. Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, eləcə də (video: 00:51 – 00:55) Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Naziri Cənab Məhməd Cahid Turxanla və Türkiyə nümayəndə heyətinin üzvləri ilə, Peru Respublikasının, Tailand Krallığının, Meksika Birləşmiş Ştatlarının, Birləşmiş Ərəb Əmirliklərinin, İspaniya Krallığının, Rusiya Federasiyasının və Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsində respublikada görülən işlər, əldə edilən nailiyyətlər xüsusilə qeyd edilib və dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Assambleya zamanı Beynəlxalq Dəniz Təşkilatının “Dənizdə göstərilmiş xüsusi cəsarətə görə” mükafatının təqdimetmə mərasimi də keçirilib.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə