Pirşağı stansiyası istifadəyə verildi - VİDEO

Pirşağı stansiyası istifadəyə verildi - VİDEO
Gediş haqqının məbləği gediləcək stansiyalara görə dəyişir

Bu gündən Azərbaycan Dəmir yolları QSC Bakı-Sabunçu sürət elektrik qatarının marşrutunu Pirşağı qəsəbəsinə çatdırıb.

Artıq qatarla Sabunçu stansiyasından sonra yerləşən Zabrat-1, Zabrat-2, Məhəmmədi və Pirşağı stansiyalarına getmək və əks istiqamətdə qayıtmaq mümkündür.

Bu istiqamətdə səhər tezdən 4 qatar, axşam saatlarında isə yenə 4 qatar ümumilikdə 8 qatar hərəkət edecək.Gediş haqqının məbləği Bakı sərnişin stansiyasından hər 2 Zabrat stansiyasına qədər 60-1.70,Məhəmmədi stansiyasına qədər 70-1,80,Pirşağı stansiyasına qədər isə 80-1,90 qəpik arası təşkil edilib.Əks istiqamətdə də eyni qiymətlər qüvvədədir.ADY QSC-nin mətbuat katibinin müavini Fərqanə Qurbanovanın sözlərinə görə,ödənişin plastik kartla və yaxud nağd ödənilməsindən, vaqonun “ekonom” və yaxud “biznes” tipli olmasından asılıdır.

Qeyd edək ki,uzun müddət təmirsiz qalan Pirşağı Stansiyası tam olaraq istismara yararsız vəziyyətə düşmüşdü.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə