İran və Azərbaycan razılığa gəldi

İran və Azərbaycan razılığa gəldi
Rəşt – Astara dəmiryolunun çəkilişi paritet əsaslarla maliyyələşəcək

Azərbaycan və İran Rəşt – Astara dəmiryolunu paritet əsaslarla maliyyələşdirəcəklər. Bu barədə İranın IRINN telekanalına müsahibəsində bu ölkənin yollar nazirinin müavini Əsgər Kaşan bildirib: “Dövlətlərin hər biri dəmiryolunun tikintisi üçün tələb olunan investisiyanın 50 faizini verəcək. Azərbaycan layihəyə 500 milyon dollar ayıracaq”.  Nazir müavini Rəşt – Astara dəmiryolunun Rəşt – Qəzvin hissəsinin yaxın üç il ərzində istifadəyə veriləcəyini istisna etməyib.

Xatırladaq ki, Rəşt – Astara və Rəşt – Qəzvin dəmiryolları Şimali Avropanı Hindistan, eləcə də Rusiya, Azərbaycan və İran vasitəsilə Cənub – Şərqi Asiya ilə birləşdirəcək “Şimal – Cənub” nəqliyyat dəhlizinin mühüm tərkib hissələri sayılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən