Mərdəkan Müalicə Pansionatı - VİDEO

Mərdəkan Müalicə Pansionatı - VİDEO
Burada 4500-dən çox şəxsə müalicə xidməti göstəriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi.

Mərdəkan Müalicə Pansionatında əlilliyi olan şəxslərlə bərabər, müharibə veteranlarına, əmək pensiyaçılarına da müalicə xidmətləri göstəriləcək.

Nazir müavini diqqətə çatdırdı ki, müəssisədə avadanlıqlar, tibbi və reabilitasiya aparatları da yenilənib.

Anar Kərimov, Dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsinin də nəzərdə tutulduğunu, ayrı-ayrı bölgələrdə yeni reabilitasiya müəssisələrinin yaradılacağını dedi.

Qeyd olundu ki, 2 korpus, köməkçi bina, qazanxana, su anbarı, elektrik yarımstansiyasından ibarət olan Pansionatda yenidənqrma işləri çərçivəsində çarpayı sayı da artırılıb.

Hazırda 188 çarpayı sayı olan müəssisədə ildə 4500-dən çox şəxsə müalicə xidməti göstəriləcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə