Erməni əsgəri: “Damarımı doğrayacam, ancaq xidmət etməyəcəyəm”

Erməni əsgəri: “Damarımı doğrayacam, ancaq xidmət etməyəcəyəm”
Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində xidmət edən erməni əsgəri Ernest Ovanisyanın yaralanmasının təfərrüatı məlum olub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Yerevandakı “Murastan” hərbi hospitalına yerləşdirilib.

Ermənistan Silahlı Qüvvələrinin əsgəri Qarabağdakı işğalçı ordunun hərbi birliyinin binasının pəncərəsindən özünü ataraq xidmət etmək istəmədiyini bildirib: “Damarımı doğrayacam, ancaq xidmət etməyəcəyəm”.

Məlumata görə, E.Ovanisyan yanvarın 12-də Dağlıq Qarabağa işğalçı ordunun tərkibində xidmət etməyə çağrılıb. O, Qarabağa gətirildiyi ilk gündən xidmət etmək istəmədiyini bildirirmiş.

Hadisəni Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan da təsdiqləyib. 

Qeyd edək ki, yanvarın 20-də Ermənistanın işğalı altında saxlanılan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni əsgəri Ernest Ovanisyanın müəmmalı şəkildə yaralanması barədə məlumat yayılmışdı.

Digər xəbərlər
Bu gün
Dünən