Dünya iqtisadiyyatının riskləri - VİDEO

Dünya iqtisadiyyatının riskləri - VİDEO
E.Məmmədov: "Yeni böhran dalğası dünya iqtisadiyyatına yaxınlaşır"

Gələn il dünya iqtisadiyyatının artımı siyasi ixtilaflar və bəzi ölkələrin qeyri-müəyyən ticarət mövqeyi səbəbindən risklərlə qarşılaşacaq.

Bu, “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin dünyada kredit şərtlərinə dair açıqlamasında əksini tapıb.

İqtisadçı ekpert Elşad Məmmədov bildirir ki, agentliyin açıqlaması dünyada yeni böhran dalğasını təsdiqləyir.

Səbəblər arasında dünya iqtisadi artımının əsas payının düşdüyü ABŞ ilə Çində artımın ləngiməsi göstərilir.

İqtisadçı deyir ki, bu, həm inkişaf etmiş iqtisadiyyata malik ölkələrdə, həm də inkişafda olan ölkələrin çoxunda mənfi təsirlər yaradacaq.

Eşad Məmmədovun sözlərinə görə, ABŞ-ın həyata keçirdiyi aqressiv xarici iqtisadi siyasətin nəticəsi ağır ola bilər. Son nəticədə riskdən qaçmaq mümkün olmayacaq.

Onu da qeyd edək ki, “Moody’s”in açıqlamasında həm kredit şərtləri, həm də bütövlükdə dünya iqtisadiyyatı üçün başlıca risk təşkil edən ticarət ziddiyyətləri və proteksionizm tədbirləri siyasi ab-havanın mürəkkəbləşdiyi bir vaxtda istehlakçı arxayınlığı üçün sınaq amilinə çevriləcəyi qeyd olunur.

Agentliyin ekspertlərinin fikrincə, belə risklər ABŞ – Çin ticarət ziddiyyətləri, “Brexit”lə bağlı qeyri-müəyyənlik kimi mübahisə doğuran məsələlərlə bağlıdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə