Dənizçilər təltif edilib - VİDEO

Dənizçilər təltif edilib - VİDEO
"İsrafil Hüseynov" gəmisində xilasetmədə şücaət göstərənlərlə görüş olub

“SAIPEM” şirkətinin Xəzər dənizində boru düzmə əməliyyatları üçün istismar olunan “İsrafil Hüseynov” gəmisində partlayış baş verən zaman xəsarət alanların xilasedilməsi zamanı şücaət göstərən dənizçilərlə görüş olub.

Görüşdə çıxış edən Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bildirdi ki, hadisə barədə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olan andan etibarən xilasetmə əməliyyatlarının koordinasiyası, aidiyyəti qurumların hadisənin nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi Milli Mərkəzin təcrübəli kapitanları tərəfindən təmin edilib.

Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun əmri ilə “Dəniz nəqliyyatında xilasetmə əməliyyatları zamanı göstərdiyi şücaətə görə” dənizçilər “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif ediliblər.

Tədbirdə qeyd olundu ki, hər il Beynəlxalq Dəniz Təşkilatı dəniz nəqliyyatı sahəsində müstəsna cəsarət göstərən dənizçilər arasında seçim edərək xüsusi fərqlənən bir nəfərə Beynəlxalq Dəniz Təşkilatının “Dənizdə müstəsna cəsarətə görə” mükafatını təqdim edir. Gələn il Beynəlxalq Dəniz Təşkilatının “Dənizdə müstəsna cəsarətə görə” mükafatına Kapitan Elbrus İsmayılovun namizədliyi təqdim ediləcək.

Sonda “İsrafil Hüseynov” gəmisində partlayış baş verən zaman xəsarət alanların xilasedilməsi zamanı şücaət göstərən dənizçilər “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif edildilər.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə