Yeni inzibati və kommersiya məhkəmələri - VİDEO

Yeni inzibati və kommersiya məhkəmələri - VİDEO
2020-ci il yanvarın 1-dən etibarən yeni məhkəmələr fəaliyyətə başlayacaq

2020-ci il yanvar ayının 1-dən etibarən Azərbaycanda hazırda fəaliyyət göstərən inzibati iqtisadi məhkəmələrin yerinə yeni inzibati və kommersiya məhkəmələri fəaliiyətə başlayacaq.

Bu barədə vəkil Xəyal Bəşirov REAL-a müsahibəsində məlumat verdi.

Vəkilin sözlərinə görə, bu islahat ölkə başçısının 3 aprel 2019-cu il tarixində imzaladığı Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanından irəli gələrək həyata keçirilir və əsas məqsəd ölkə iqtisadiyyatının əsas qolu olan sahibkarların problemlərinin həllini sürətləndirməkdir.

Xəyal Bəşirov qeyd edir ki, ölkə başçısının imzaladığı bu fərman məhkəmə hüquq sistemində bir çox yenilikləri özündə ehtiva edən islahatlar paketidir və bu istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev ölkəmizin məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsi məqsədilə cari ilin aprelin 3-də fərman imzalayıb. Fərmandan irəli gələrək bu sahədə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək və məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması nəzərdə tutulub

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə