5 min əhalinin - 5 məntəqənin yeni yolu - VİDEO

5 min əhalinin - 5 məntəqənin yeni yolu - VİDEO
İsmayıllıda uzunluğu 15 km olan 2 yol layihəsi başa çatdırılıb

Artıq İsmayıllı rayonunun 5 yaşayış məntəqəsini əhatə edən yeni yol sakinlərin ixtiyarında olacaq. Başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 30-cu km-dən götürən Təzəkənd-Ağbulaq-Qoşakənd, həmçinin başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 27-ci km-dən götürən Quşencə-Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yollarının əsaslı təmiri başa çatıb. Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunmuş yol infrastrukturu layihələrinin ümumi uzunluğu 15 km təşkil edir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər