Bakıda 27 sahibkar və menecer üçün seminar keçirilib

Bakıda 27 sahibkar və menecer üçün seminar keçirilib
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün seminar keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində Almaniyanın Röytlingen şəhərində yerləşən “Baden Vürttemberq İxrac Akademiyası” Tədris Mərkəzində təcrübə keçəcək 27 sahibkar və menecer üçün seminar keçirilib.

Nazirlikdən verilən məlumata görə, 2 gün davam edən tədbirdə “Baden Vürttemberq İxrac Akademiyası” Tədris Mərkəzinin nümayəndələri tərəfindən sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması və s. barədə ətraflı məlumat verilib. Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nı həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində iqtisadi kooperasiya üzrə ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.

Digər xəbərlər
Bu gün
Dünən