Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib - VİDEO

Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib - VİDEO
İclasda 2019-cu ilin 10 ayı ərzində görülən işlər müzakirə olunub

Noyabrın 19-da Dövlət Gömrük Komitəsində 2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr və gələcək fəaliyyətin istiqamətlərinə dair kollegiya iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iclasda çıxış edərək bildirib ki, ölkəmiz iqtisadi qüdrətinin artması, əhalinin rifah halının yaxşılaşması ilə yanaşı, beynəlxalq aləmdə də nüfuzlu dövlətə çevrilib.

Həmçinin əldə olunan nailiyyətlərdə gömrük xidmətinin də payı var.

Komitə sədri qeyd edib ki, gömrük orqanlarının və onun əməkdaşlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir.
Gələcək hədəflərdən bəhs edən Komitə sədri informasiya texnologiyalarının tətbiqi hesabına gömrük işinin daha çevik və dinamik şəkildə həyata keçirilməsi, xarici ticarət iştirakçılarının məmnunluğunun tam təmin olunması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlərdən danışıb.

Daha sonra Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov, Gömrük Nəzarətinin Tənzimlənməsi və Ticarətin Asanlaşdırılması Baş idarəsinin rəisi Səməd Qaralov, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Əməliyyat İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov və digər idarə rəisləri cari ilin ötən dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.

İclasa yekun vuran Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrük işinin daha da səmərəli şəkildə təşkili, korrupsiya və qaçaqmalçılığa qarşı mübarizə, xidmət intizamının gücləndirilməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində tapşırıq və tövsiyələrini verib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə