Azərbaycanda ödəniş kartlarına dair yeni öhdəlik müəyyənləşib

Azərbaycanda ödəniş kartlarına dair yeni öhdəlik müəyyənləşib

Azərbaycanda ödəniş kartlarına dair yeni öhdəlik müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, ödəniş kartının üzərində müraciətləri hər gün 24 saat ərzində fasiləsiz qəbul edən emitentin və ya xidmət olunduğu kart təşkilatının əlaqə telefonları olmalıdır. İndiyə qədər ödəniş kartının üzərində sadəcə, emitentin və ya xidmət olunduğu kart təşkilatının əlaqə telefonlarının olması tələbi  olub.

Emitent kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxsdir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə