Azərbaycanda yeni voleybol komandası yaradılıb

Azərbaycanda yeni voleybol komandası yaradılıb

Apasport.az saytının məlumatına görə, 2019/2020 mövsümündə qadın voleybolçular arasında Super Liqada “Mübariz” adlı yeni komanda çıxış edəcək. 

Komanda artıq formalaşıb. Türkiyəli Adnan Kistakın rəhbərlik edəcəyi kollektiv bu gün yoxlama matçı da keçirib. “Mübariz” Voleybol Mərkəzində “Lokomotiv”lə qarşılaşıb. 

Görüş daha təcrübəlilərdən təşkil olunan “dəmiryolçular” üçün asan alınıb və onlar 3:0 hesabı ilə qalib gəliblər. 

Qeyd edək ki, hələlik Azərbaycan çempionatının başlayacağı tarix dəqiqləşməyib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə