Dünyanı əhatə edən “REAL”lıq - VİDEO

Dünyanı əhatə edən “REAL”lıq - VİDEO
REAL TV-nin Asiya bürosu fəaliyyətə başladı

Ölkənin tele platformasına xəbər yükü ilə sürətlə daxil olan REAL TV beynəlxalq aləmdə də reallığını təsdiqləməkdədir. Artıq dünyanın daha bir nəhəng ölkəsində - Çin Xalq Respublikasında REAL TV-nin bürosu rəsmi olaraq fəaliyyətə başladı. Dünyadakı iqtisadi proseslərin gedişində xüsusi rolu olan, son illər Azərbaycanla siyasi, iqtisadi münasibətlərini dərinləşdirən Çində və eləcə də Asiya bölgəsində baş verən bütün hadisələr barədə REAL TV-nin tamaşaçılarına Şahin Cəfərov xəbər verəcək.

Qeyd edək ki, 2018-ci il mayın 10-dan ixtisaslaşmış xəbər kanalı kimi ümumrespublika yayımına çıxan Real Təhlil və İnformasiya Mərkəzinin hazırda Türkiyədə, Rusiyada, Avropada, Ukrayna və Amerikada müxbir məntəqələri fəaliyyət göstərir. Bu sıraya Çin də daxil olmaqla, şərqi, cənub-şərqi və cənubi Asiya ölkələrini əhatə edəcək Asiya Bürosu da qoşuldu. Beləliklə, 24 saat fasiləsiz rejimdə işləyən real tv ölkədə və beynəlxalq aləmdə xəbər uğrunda gərgin mübarizəsini davam etdirir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə