Komitə sədri: “Dünyada “diaspor” sözü yoxdur, “diaspora” var”

Komitə sədri: “Dünyada “diaspor” sözü yoxdur, “diaspora” var”

“Dünyada “diaspor” sözü yoxdur, “diaspora” var”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin müzakirəsi zamanı Parlamentin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov bildirib.

R. Hüseynov deyib ki, “diaspora” yunan sözüdür: “İngilis də belə deyir, rus da belə deyir, digərləri də. Ona görə artıq bizdə də bu yanlışlığa son qoyulmalıdır. Komitənin adında da, medalın adında diaspora yazılmalıdır”.

Müzakirələrdən sonra "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanun layihəsi qəbul edilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə