Türkiyə-Gürcüstan Birgə İqtisadi Komissiyasının 14 illik fasilədən sonra ilk iclası keçiriləcək

Türkiyə-Gürcüstan Birgə İqtisadi Komissiyasının 14 illik fasilədən sonra ilk iclası keçiriləcək

Ankarada 14 illik fasilədən sonra Türkiyə-Gürcüstan Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək.  

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Bildirilib ki, komissiyanın iclasında iştirak etmək məqsədi ilə nazir Natia Turnava Türkiyəyə səfər edəcək. 

“Gürcüstan və Türkiyə arasında iqtisadi əməkdaşlıq formatı - Birgə İqtisadi Komissiya 2005-ci ildən fəaliyyət göstərmir. Komissiya 31 oktyabrda Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın Türkiyəyə səfəri zamanı bərpa edilib. 14 illik fasilədən sonra Birgə İqtisadi Komissiyanın iclasının keçirilməsinə qərar verilib”, – deyə nazirliyin məlumatında bildirilib. 

Komissiyanın iclası çərçivəsində ticarət, investisiya, nəqliyyat və logistika sahələrində protokolların imzalanacağı bildirilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə