Sumqayıt-70 İl (VİDEO, YENİLƏNİB)

Sumqayıt-70 İl (VİDEO, YENİLƏNİB)
Şəhərin yubileyi ilə bağlı hərbi parad keçirilir

2019-cu il 22 noyabr tarixində Sumqayıtın şəhər statusu almasından 70 il ötür.

Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən bu gün şəhərin 70 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilir.

Tədbirdə rəsmi şəxslər, millət vəkilləri, xarici ölkə səfirliklərinin və Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, ictimaiyyət nümayəndələri və on minlərlə şəhər sakini iştirakı edir

Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında, Azərbaycan prospektində keçirilir. Axşam saat 18:00 da isə tanınmış incəsənət ustalarının iştirakı ilə Dövlət Dram Teatrının qarşısında açıq hava konserti  olacaq.

Tədbir çərçivəsində Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayəti ilə həbçilərin hərbi parad keçirilir. Keçid zamanı Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahlar nümayiş olunur.

Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən başlayır. 1949-cu il noyabrın 22-də isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.

.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə