Olimpiya Oyunlarının marafon və idman yerişi yarışlarının marşrutu müəyyənləşib

Olimpiya Oyunlarının marafon və idman yerişi yarışlarının marşrutu müəyyənləşib

2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının atletika yarışlarının proqramında olan marafon və idman yerişinin marşrutu dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) xüsusi komissiyasının qərarı ilə Yaponiyanın paytaxtı Tokiodan Sapporo şəhərinə keçirilən bu iki yarışın dəqiq yeri ilə bağlı suallara aydınlıq gəlib.

Bu növlər üzrə yarışlar Odori şəhər parkında başlayacaq və eyni məkanda da başa çatacaq. Oyunların təşkilat komitəsi şəhər rəhbərliyi ilə birlikdə marşrutu tam müəyyənləşdirib.

Bu, BOK-un İcraiyyə Komitəsinin dekabrdakı iclasında təsdiqlənməlidir.

Qeyd edək ki, marafon və idman yerişinin Tokiodan Sapporoya keçirilməsi Olimpiya Oyunları vaxtı paytaxtda istilərin gözlənilməsi ilə bağlıdır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə