Türkiyədə ”Azərbaycan təcrübəsi” adlı tədbir keçirilib - FOTOLAR, VİDEO

Türkiyədə ”Azərbaycan təcrübəsi” adlı tədbir keçirilib - FOTOLAR, VİDEO
Tədbir "Dünyada məcburi köçkün problemi və bu problemin həll edilməsi" istiqamətində baş tutub

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Türkiyədə səfərdədir.

Paytaxt Ankarada həm Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərlik etdiyi nümayəndə heyəti, həm də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndə heyəti tərəfindən önəmli görüşlər keçirilib.

“Dünyada məcburi köçkün problemi və bu problemin həll edilməsi istiqamətində Azərbaycan təcrübəsi” adlı tədbir keçirilib.

Tədbirdə müxtəlif ölkələrin Ankarada fəaliyyət göstərən səfirləri iştirak etdi.

Tədbirdə Tural Gəncəliyev, həm Fərid Şəfiyev həm də Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Qarabağ problemindən söz açıb.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Qarabağın tarixi və mədəniyyətindən, Dağlıq Qarabağın tarixən Azərbaycan torpaqları olmasından bəhs edən filmini də təqdim edib.

Tədbirin sonunda səfirlər Azərbaycan nümayəndə heyətinə suallar verib.

 

REAL TV-nin Türkiyə bürosu

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə