Quş qripinə qarşı monitorinq - VİDEO

Quş qripinə qarşı monitorinq - VİDEO
AQTA əlaqədar qurumlarla birlikdə ölkə ərazisində monitorinq keçirir

Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimləri onu "Toyuq tifi" kimi qələmə alıb. Sonralar Avropada onu "Quş taunu" adlandırıblar. Söhbət quş qripindən gedir. Quş qripi hələ qədim dövrlərdə mövcud olub və əsasən su hövzələrinə yaxın ərazilərdə qeydə alınıb. Azərbaycan da yüksək patogenli quş qripi virusuna görə risk qrupuna daxildir. Bu da onunla əlaqədardır ki, köçəri quşların yaz və payız aylarında miqrasiya marşrutu Azərbaycan üzərindən keçir.

Çöl quşları arasında monitorinqlər Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edir. Həmin ərazilərdən toplanılan çöl quşlarının nümunələri Milli park ətrafında qurulan çadır tipli biotəhlükəsizlik səhra laboratoriyasında müayinə olunur.

Alimlərin fikrincə, infeksiyanın yayılmasında köçəri quşlar əsas rol oynayır. Məsələn, miqrasiya edən su quşları, xüsusən də, çöl ördəkləri quş qripi virusunun təbii “rezervuarıdır”. Quş qripi virusunun 15 yarımtipi arasında H5N1 virusu Dünya Səhiyyə Təşkilatının nümayəndələrində daha çox narahatlıq doğurur. Bu yüksək patogenli virusdur və insanlar üçün təhlükəlidir. Lakin virusun insandan insana keçməsi halları hələlik məlum deyil.

Adil Qeybullanın sözlərinə görə viruslar həyatın qeyri hüceyrəvi formasıdır və viruslar bir nikeotid zənciridir, bu zəncirdə har hansı bir dəyişiklik olanda virus xassəsini dəyişərək yeni bir forma alır və dərman onlara təsir etmir. Ona görə də viruslara qarşı hələlik birmənalı dərman istehsal olunmuyub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə