Bakı-Quba yolunda baş vermiş qəzada yaralananlardan 2-si ölüb - FOTO - YENİLƏNİB

Bakı-Quba yolunda baş vermiş qəzada yaralananlardan 2-si ölüb - FOTO - YENİLƏNİB

Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsində yaralanan sərnişinlərdən ikisi dünyasını dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Oksana adlı qadın ölüb.

Tibb müəssisəsindən xəsarət alan bir kişinin vəziyyətinin ağır olduğu bildirilib.
 

***

21:57

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.  

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb.  

"KamAZ" markalı yük maşını ilə "Vaz 21010" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə