52 yaşlı Zaqatala sakini ağacdan yıxılaraq dünyasını dəyişib.
Hadisə rayonun Əliabad qəsəbəsində baş verib.
Belə ki qəsəbə sakini, 1967-ci il təvəllüdlü Əyyub Bayramov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı onun yaşadığı kəndin ərazisində qoz ağacından yıxılaraq ağır xəsarətlər aldığı müəyyən edilib. Xəstəxananın Reanimasiya şöbəsində müalicə alan Ə.Bayramov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.