Çinin böyüyən aviasiya bazarı - VİDEO

Çinin böyüyən aviasiya bazarı - VİDEO
Çin 20 ildə 7600-dən çox təyyarə almalıdır

Çinin aviasiya şirkətləri artan sərnişin tələbatını ödəmək üçün 2038-ci ilədək 7600-dən çox yeni təyyarə almalıdırlar.

Bu barədə Çinin Aviasiya Sənayesi Korporasiyasının illik hesabatında qeyd olunur.

Hesabatda bildirilir ki, Çin şirkətləri növbəti 20 il ərzində təxminən 1460 geniş, 5160 dar gövdəli, habelə min ədəd regional cet almalıdırlar. Proqnozdan da göründüyü kimi Çin aviasiya şirkətlərinin təyyarə parkında əsas üstünlüyü dar gövdəli hava gəmiləri təşkil etsə də, xüsusən xaricə uçuşlarda istifadə etmək üçün indikindən daha çox geniş gövdəli təyyarəyə ehtiyac duyacaq. Çində mülki təyyarələrin ümumi sayı ildə orta hesabla 5,2 faiz artaraq, 10 mini ötəcək. Nəticədə Çinin dünya üzrə mülki təyyarələrin sayındakı indiki 16 faizlik payı çoxalaraq 2038-ci ildə 21 faizə çata bilər.

Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının qarşıdakı 20 il üçün hesabatında Çinin 2020-ci illərin ortalarında Amerika Birləşmiş Ştatlarını ötərək planetin ən böyük aviasiya bazarı olacağı bildirilib. Bu səbəblərdəndir ki, dünyanın iri təyyarə istehsalçıları olan "Airbus" və "Boeing" Çin bazarında yarışa giriblər. Hazıda "Airbus"un istehsalı olan təyyarələrin təxminən 20 faizi Çin bazarında satılır. Bundan başqa, aviasiya şirkətinin 2008-ci ildən Çinin Tiencin şəhərində fəaliyyət göstərən son yığım xətti "Airbus" təyyarələrinin Avropadan kənarda yığıldığı yeganə yerdir. Ötən il isə Çinin Couşan şəhərində “Boeing” şirkətinin yığım zavodu işə başlayıb. “Boeing” 2017-ci ildə istehsal etdiyi təyyarələrin təxminən 25 faizini Çinə satıb.

Çinin özü sərnişin təyyarələrinin istehsalında ciddi iş aparır. Belə ki, Çin Mülki Aviasiya Korporasiyası (COMAC) 2015-ci ildən dar gövdəli C919 sərnişin təyyarəsinin istehsalına başlayıb. Standart uçuş məsafəsi 4075 kilometr olan C919 “Airbus A320” və “Boeing-737” təyyarələrinin yeni nəsli ilə müqayisə edilir. COMAC bu təyyarələri 2021-ci ildən istismara verməyi planlaşdırıb.

 

REAL TV-nin Asiya bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə