Rusiya-Azərbaycan münasibətləri - VİDEO

Rusiya-Azərbaycan münasibətləri - VİDEO
Erməni lobbisinin Rusiya-Azərbaycan münasibətlərinə zərbə cəhdi

Lavrovun Ermənistanda səsləndirdiyi və Qarabağ münaqişəsinin həlli danışıqlarının gedişatına zidd fikirləri Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz. Çünki iki ölkə arasındakı münasibətlər ən ali səviyyədə qorunub saxlanılır. Bunu millət vəkili, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov deyib:

Xatırladaq ki, Sergey Lavrov İrəvandakı bəyanatında “Hamıya bəllidir ki, Dağlıq Qarabağın xalqının, onun əhalisinin razılığı olmadan heç bir razılaşmanın rəsmiləşdirilməsi mümkün olmayacaqdır...” fikrini səsləndirib. Sonradan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində onun çıxışından “Dağlıq Qarabağın əhalisi” ifadəsi çıxarılıb və yalnız “Dağlıq Qarabağın xalqı” ifadəsi saxlanılıb ki, bu da erməni lobbisinin Rusiya XİN-i çərçivəsində dövlət maraqlarına zidd aktiv fəaliyyətinin əyani sübutudur.

O, ki qaldı Rusiya-Azərbaycan münasibətlərinə, burada müşahidə olunan intensivlik, qarşılıqlı çoxsaylı səfərlər, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində mövcud olan yüksək inkişaf tempi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, xüsusən Azərbaycan və Rusiya prezidentlərinin şəxsi dostluq əlaqələri və müntəzəm təmasları iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin bugünkü vəziyyətini xarakterizə edən əsas məqamlardır.

Statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiyaya 1,2 milyard dollar, Rusiya isə Azərbaycana 4,6 milyard dollar həcmində sərmayə qoyub.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə