Goranboyda 54 yaşlı kişi bıçaqlanıb - VİDEO

Goranboyda 54 yaşlı kişi bıçaqlanıb - VİDEO

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü kənd sakini Əliyev Arzu Mikayıl oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Vəziyyətin kafi olduğu  bildirilir. Hadisənin hələlik kim tərəfindən törədildiyi məlum deyil.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb olunması istiqamətində əməliyyat axtarışlarına başlanılıb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə