B.Saakyanın "Dilənçilik" turnesi - VİDEO

B.Saakyanın
Qondarma rejimin kriminal elementlərlə əlaqəsi

Azərbaycanın işğal edilən ərazilərində yaradılan qondarma rejimin “rəhbəri” B.Saakyan Brüsselə gəlişi çərçivəsində noyabrın 8-də axşam “Hay Doun” erməni mərkəzinin yeməkxanasında Brüssel-Paytaxt parlamentinin 6 keçmiş və 2 hazırki üzvü, eləcə də fransızdilli Löven Katolik Universitetinin erməni dili kafedrasının rəhbəri Bernar Kuli ilə qeyri-rəsmi şəraitdə görüş keçirib.

Bu səfərin təşkilatçısı Brüsseldə kriminal-almaz biznesi ilə məşğul olan Kaspar Karampetyandır. Karampetyanın bütün cəhdlərinə baxmayaraq, qanunsuz rejimin “nümayəndəsi” Belçikada yerləşən yerli, Avropa İttifaqı və NATO-ya məxsus hər hansı rəsmi qurumlarda qəbul edilməyib.

B.Saakyan növbəti gün - 9 noyabr tarixində Brüsseldəki erməni diaspora təşkilatları tərəfindən təşkil edilən maliyyə-toplama banketində iştirak edərək, erməni mənbələrinə əsasən 2.4 mln ABŞ dolları məbləğində vəsait yığıb.
Bununla da B.Saakyanın ənənəvi “dilənçilik” turnesi başa çatıb. Necə deyərlər Utanmasan oynamağa nə var ki?!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə