Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Egils Levitsə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, 

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Latviyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin genişləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və firavanlıq arzulayıram". 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə