İbrahim Alışov: Azərbaycanda kredit faizləri yüksək deyil

İbrahim Alışov: Azərbaycanda kredit faizləri yüksək deyil

“Bu gün Azərbaycan banklarının təklif etdiyi kreditlərin faizləri qonşu ölkələrlə müqayisədə yüksək deyil”.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov deyib.

Onun sözlərinə görə, hazırda yerli banklar istehlak kreditlərini orta hesabla illik 23%-lə, biznes kreditlərini isə illik 8%-lə təklif edir. 

"Bununla belə, apardığımız təhlillər göstərir ki, bu gün bankların 8,2 milyard manat likvid vəsaiti var", - Palata rəhbəri əlavə edib. 

İ.Alışov İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinə də diqqət çəkib: “Fond ötən il real sektora 17 milyon manat, bu ilin 9 ayında isə 40 milyon manat məbləğində dəstək verib”.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə