Nikol üçün tarix dərsi - VİDEO

Nikol üçün tarix dərsi - VİDEO
Zəngəzur da, İrəvan da tarixi Azərbaycan torpağıdır

1918-ci ilin iyunun 4-də Batumda Osmanlı ilə yeni yaradılan Ermənistan dövləti arasında imzalanmış Sülh və dostluq müqaviləsi, həmçinin Gümrü protokolarında təsbit olunan müddəalara görə, Ermənistan dövləti Cənubi Qafqazda cəmi 9 min kv km ərazini əhatə edirdi. Baxmayaraq ki, Batum konfransında Azərbaycanla Gürcüstan, eyni zamanda Ermənistanla gürcüstan arasında sərhədlər müəyyən edilməmişdi, buna rəğmən Azərbaycanla Emənistan arasında sərhəd qəti olaraq müəyyənləşmişdi. Yeni yaradılan Ermənistan dövlətinin şərq sərhədi Göyçə gölünün mərkəzindən keçməli idi. Beləliklə, cəmi 9 min kv km-də yaradılan erməni dövləti sovet hakimiyyətini mövcud olduğu dövrdə öz ərazisini Azərbaycan torpaqlarının hesabına 29 min kv kmə çatdıra bildi. Görünür bu tarix faktdan Ermənistanın baş naziri Nikol paşinyanın xəbəri yoxdur. BUnu isə tarixçi vasif Qafarov Paşinyanın Zəngəzuru Ermənistanın sünik regionu adlandırmasına münasibət bildirərkən deyib.

bəs bu öhdəliklər nədən ibarət idi?. tarixçi deyir ki,İrəvanın güzəştə gedilməsi müqabilində Ermənistan dövləti Osmanlı və Azərbaycan cümhuriyyəti qarşısında 4 öhdəlik götürmüşdü.
1. Ermənilər türk-müsəlmanlara qarşı düşmənçiliyi aradan qaldırmalı, erməni hərbi hissələrini təcili Bakıdan çıxartmalı
2. Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı kütləvi qırğınlar dayandırılmalı
3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, ana dilində təhsil almaq hüquqlarını təmin etməli
4. Yelizavetpol quberniyasının bir hissəsinə, konkret olaraq Qarabağa olan ərazi iddialarından imtina etməli idilər.

Ermənilər bu öhdəliklərə nəinki əməl etdi, əksinə 70 il sonra işğal coğrafiyasını genişləndirdi.

Xatırlaadq ki, Paşinyan növbəti dəfə tarixi saxtalaşdıraraq Zəngəzuru da, İrəvanı da, Göyçə gölünü də tarixi erməni torpaqları kimi təqdim edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə