ƏƏSMN-dən daha bir yenilik - VİDEO

ƏƏSMN-dən daha bir yenilik - VİDEO
Sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinət elektronlaşdırıldı

ƏƏSMN tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin avtomatlaşdırılması istiqamətində daha bir addım kimi, sağlamlıq imkanları məhdud uşaqların və onlara qulluq edən şxəslərə verilən təqaüdün elektron təyinat mexanizmi işə salınıb.
Bununla əlaqədar Nazirliyin tabeliyindəki DOST agentliyində mətbuat konfransı keçirilib. Nazirlik yanında dövlət Müdafiə fondunun direktoru Himalay Məmişov dövlət başçısının tapşırığına əsasən bu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmışı qaydada təyinatı mexanizminə keçdiyini bildirib.

Tədbirdə həmçinin qeyd olunub ki, uşağa sağlamlıq imkanları məhdudluq elektron sistem üzərindən təyin edilən kimi, aylıq müavinət də avtomatik müəyyən ediləcək. Nazirliyin Əlillik altsistemində hər hansı uşağa sağlamlıq imkanları məhdudluq təyin edildikdən sonra bu barədə məlumat digər altsistemə Sosial ödənişlər altsisteminə ötürülür. Həmin altsistem uşağa aylıq müavinəti və ona qulluğa görə valideyninə təqaüdü avtomatik təyin edilir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə