Beynəlxalq ətraf mühit sərgisi - VİDEO

Beynəlxalq ətraf mühit sərgisi - VİDEO
Sərgidə 10-dan çox ölkədən 60-dan artıq şirkət iştirak edir

Paytaxt Bakı növbəti dəfə Beynəlxalq tədbirlərdən birinə ev sahibliyi edir. 

Bakıda "Caspian Ecology" 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi açılıb.

Sərgi  “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, nazirliyin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir. 

Azərbaycan da daxil olmaqla sərgidə 10 ölkədən 60 şirkət iştirak edir.

2010-cu ildən mütəmadi olaraq keçirilən sərginin əhatə dairəsi bu il daha genişdir. Nümayiş olunacaq yeni texnologiyalar ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib. 

Sərgidə plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunur.

Sərginin keçirilməsində məqsəd ictimaiyyətin və müvafiq qurumların diqqətini ətraf mühitin mühafizəsinə, təbii ehtiyatlardan istifadənin optimallaşdırılmasına və bərk tullantıların təkrar emalı kimi mövzulara cəlb etməkdir.

Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bu barədə ətraflı məlumat verib.

Sərgi üç gün davam edəcək.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə