Bakıda yolu bağlayaraq avtomobilləri əzən şəxslər tutulub - VİDEO , YENİLƏNİB

Bakıda yolu bağlayaraq avtomobilləri əzən şəxslər tutulub - VİDEO , YENİLƏNİB

“Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq saxlanılıb”.

Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub: “Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib”.

E.Hacıyev əlavə edib ki, həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.

***

09:37

“Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır”.

Bunu “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Bakıda gecə saatlarında iki nəfər şəxs küçədə yolu bağlayıb, avtomobillərin hərəkətində problem yaradıb. Həmçinin onlar küçə ilə gedən qadına hücum ediblər. Daha sonra ətrafdakı insanlar həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə