Cəhdə cəhd - VİDEO

Cəhdə cəhd - VİDEO
Müsavat Partiyasının razılaşdırılmayan aksiyasına gələn olmadı

Müsavat Partiyası bu gün Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiyaya cəhd etdi.

Buna aksiyaya cəhdə cəhd etmək desək, daha doğru olar. Çünki metronun “İçərişəhər” stansiyasının qarşısına yalnız jurnalistlər toplaşmışdı.

Arabir ortaya çıxan tək-tük müsavatçı isə təkbaşına şüar səsləndirməklə və jurnalistlər qarşısında çıxış etməklə kifayətlənməli olurdu.

Qeyd edək ki, Müsavat Partiyası paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması və şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub. Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar ediliblər. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, buna baxmayaraq sayı təxminən 15 nəfərdən ibarət şəxs Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz piket keçirməyə cəhd göstərib.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə