30-dan çox xarici vətəndaş tutulub - VİDEO

30-dan çox xarici vətəndaş tutulub - VİDEO
Onlar Azərbaycandan keçməklə terror qruplarına qoşulmaq istəyib

Özbəkistanın Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi General-leytenant Əli Nağıyev iclasda çıxış edərək bildirib ki, Suriya və İraq ərazisində terror təşkilatlarının əsas dayaq bazalarının məhv edilməsinə baxmayaraq, dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir.

General-leytenant Əli Nağıyev həyata keçirilən tədbirlər nəticəsində 30-dan çox xarici vətəndaşın Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısının alındığını bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təhlükəsizlik və sabitlik əleyhinə yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluq və dini ekstremizm ilə mübarizədə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinin və kollektiv tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Bu baxımdan, təhlükəsizlik və xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacib olduğunu diqqətə çatdıran Xidmət rəisi, ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması istiqamətində təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Xatırladaq ki, Özbəkistanın Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclası keçirilib.

İclasda Azərbaycan DTX rəisi general-leytenant Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Özbəkistan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

General-leytenant Əli Nağıyevin digər tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə də mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə