Ağstafa avtomobil yolu yenilənib - VİDEO

Ağstafa avtomobil yolu yenilənib - VİDEO
Yenidən qurulan yolun uzunluğu 9.3 km-dir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması yekunlaşıb. 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir.

Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilib. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol boyu 3 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18km göstəricisi və 380 siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

Yerli əhəmiyyətli Ağstafa Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşıb, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşıb.

Qeyd edək ki, bundan öncə Ağstafa rayonunda Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, sözügedən avtomobil yolunda yenidənqurma işləri aparılıb. Mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işləri 4 mindən artıq əhalinin gediş-gəlişini rahatlaşdırıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə