Qeyri-neft sektorunda ciddi artım

Qeyri-neft sektorunda ciddi artım
Nazir: "2020-ci ildə ÜDM 3 faiz artacaq"

Gələn il qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gələn il üçün inflyasiya 4,6%, sonrakı il üçün isə 4% ətrafında olacağı proqnozlaşdırılır: “Gələn il neft-qaz sektorunda 1,6%, növbəti illərdə isə 3% artımı proqnozlaşdırılır. Bu ilin 9 ayında qeyri-neft senayesində əlavə dəyər 16,6% artıb. Növbəti ildə aqrar sektorda 4,8%, sonrakı 3 ildə orta hesabla 4,3% artım gözlənilir”.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə