NATO təmsilçisindən “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama

NATO təmsilçisindən “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama
“Afrin bölgəsində NATO-nun heç bir marağı yoxdur”

NATO təmsilçisi Türkiyə ordusunun Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama verib.

Adı açıqlanmayan NATO-nun yüksək rütbəli təmsilçisi bildirib ki, bu məsələdə Türkiyəyə dəstək verir. Açıqlamaya görə, NATO-nun bölgədə baş verənlərlə heç bir əlaqəsi yoxdur və keçirilən əməliyyatda Türkiyəyə haqq qazandırır.

“Türkiyə çox təhlükəli coğrafi ərazidə yerləşir. Türklər terrordan çox zərər görüblər. Bu səbəbdən də, Türkiyənin dövlət təhlükəsizliyini təmin etməsi təbiidir. Hər bir ölkənin öz dövlət təhlükəsizliyini qorumağa haqqı var”, - deyə açıqlamada bildirilib.

Açıqlamada o da vurğulanıb ki, Suriyanın Afrin bölgəsində NATO-nun heç bir marağı yoxdur. Bu üzdən NATO-nun siyasəti ilə Türkiyənin “Zeytun budağı” əməliyyatı arasında fikirlər kəsişmir.

Digər xəbərlər
Bu gün
Dünən