REAL TV bayraq istehsalı müəssisəsində - VİDEO, EKSKLÜZİV REPORTAJ

REAL TV bayraq istehsalı müəssisəsində - VİDEO, EKSKLÜZİV REPORTAJ
"Azəratribut" MMC Azərbaycanda bu profilli yegənə müəssisədir

Müəssisə ölkədə bu profillə fəaliyyət göstərən yeganə mərkəzdir. Məsuliyyətli bir işin altına girdiklərinin fərqindədirlər. İşçi sayı az, missiyaları böyük olan kollektivin qarşısında duran əsas vəzifə bayrağımızın haqqını verməkdir.

Səliqə,keyfiyyət və dəqiqliklə.

Müsəssisənin icarəyə götürdüyü sahə kiçik olsa da daha böyük işlər görmək iqtidarındadırlar.



Bayraq həm də birlik, vəhdət rəmzidir. Bu mənada verilən sifarişləri vaxtında çatdırmaq lazım üçün tam heyətlə burada qaldıqları gecələr də olub.

Bayrağın ölçüləri ilə bağlı konkret tələblərə burada da tam riayət edilir. Artıq onlar buna alışıblar da. Odur ki, səhv etməmək hər birinin çalışdığı məqamdır. Bəs görəsən bayrağın istehsalı necə həyata keçirilir? Hər kəsə maraqlı olan bu proseslə əyani tanış olaq.

İstehsalın ikinci pilləsində bayrağın ütülənməsi və çapı həyata keçirilir.


Kəsilmiş bayraqlar sonuncu mərhələdə xanımların ixtiyarına verilir. Tikilib hazırlanması üçün.

Dövlətin ali rəmzinin tikilişində doğrudan da zərgər dəqiqliyi ilə işlənilir. Bəzən risklərə də gedilir. Söhbət əsnasında öyrənirik ki, Milli ordumuzun 100 illiyinə həsr olunan paradda hərbi helikopterin dalğalandırdığı bayrağın hazırlanmasına heç kim cürət etməyib.Təkcə "Azəratribut" komandasından başqa.

Belə ki, yüksək sürət və hava axını bayrağın zədələnməsinə hər an səbəb ola bilərdi. Amma peşəkar komada bu işin öhdəsindən layiqincə gəliblər. Hərbçilərimiz paraddan, kollektiv bu sınaqdan üzüağ çıxıb.

Öhdəsindən gəldikləri işlər bununla da yekunlaşmır. Banklar, eləcə də dövlət müəssilərinin sifariş üçün uzağa yox məhz "Azəratrubut"a üz tuturlar.

Bayram günü olsa da kollektiv qızğın işlə məşğuldur. Çünki qarşıdan bələdiyyə seçkiləri gəlir. Bütün məntəqələrə bayraqları çatdırmaq lazımdır. Bayrağa bu qədər tələbat varsa, deməli dövlətçiliyin təməli də var.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə